Nazirlik hava xəbərdarlığı edib

Xəbərlər

13.07.2020 - 15:47

cedabet dərman SEO Xidməti

İyulun 17-dək rayonlarda hava şəraitinin qeyri-sabit keçəcək

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində havanın pisləşəcəyi barədə xəbərdarlıq edib. Qurumdan AYNA-ya verilən xəbərdə bildirilib ki, iyulun 17-si gündüz saatlarına qədər Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

 

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş