Naxçıvanın yeni Maliyyə naziri təyin olunub

Xəbərlər

19.08.2020 - 20:52

Vasif Talıbov Fərman imzalayıb

 

Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edilib. AYNA bildirir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fərman imzalayıb.

 

Qeyd edək ki, Rafael Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb.

Müəllif: Ayna.az