NATO-nun Rumıniyada əsas təlimləri təxirə salınacaq

Dünya

13.02.2025 - 12:15

Həkimlər Klinikalar SEO Xidməti

“Dacian Spring 25” təlimləri ölkədə keçiriləcək prezident seçkiləri səbəbindən təxirə salınacaq

May ayında Rumıniyada keçirilməsi planlaşdırılan NATO-nun “Dacian Spring 25” təlimləri ölkədə keçiriləcək prezident seçkiləri səbəbindən təxirə salınacaq. AYNA xəbər verir ki, bu barədə Fransanın “Le Journal du Dimanche” (JDD) nəşri yazıb.

Qeyd edilib ki, Fransa bu təlimlər çərçivəsində Rumıniya ərazisinə 4 min əsgərdən ibarət briqada səviyyəsində çoxmillətli struktur yerləşdirməyi planlaşdırırdı. Təlimin məqsədi cəmi 10 gün ərzində NATO-nun şərq cinahında belə böyük silahlı qruplaşmanın yerləşdirilməsi imkanını qiymətləndirməkdir.

“Biz siyasi vəziyyətə uyğun davranacağıq”, - nəşrin mənbəsi təlimlərin təxirə salınmasını izah edib.

Qeyd edək ki, mayın 4-də Rumıniyada təkrar prezident seçkiləri keçiriləcək. Seçkilər ötən ilin dekabrında keçirilib, lakin dekabrın 6-da təcili iclasdan sonra Rumıniyanın Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini ləğv etmək qərarına gəlib.

Rumıniya Prezidenti Klaus İohannis deyib ki, namizəd Kalin Georgescunun kampaniyasının xarici ölkədən dəstək aldığı iddia edildiyi üçün seçkilər ləğv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş