Baş katib NATO-nu sakitliyi qorumağa və Ukraynanı dəstəkləməyə çağırıb
NATO-nun baş katibi Mark Rutte Kalininqrad bölgəsini təcrid etmək cəhdi ilə nüvə silahından istifadə etməyə hazır olduğu barədə Rusiyadan diplomatik nota aldıqdan sonra, Alyans ölkələrini sakit qalmağa və Ukraynanı dəstəkləməyə çağırıb. AYNA.AZ xəbər verir ki, Ruttenin fikirlərini “Politico” yayıb.
NATO-nun baş katibi bildirib: "Demək istədiyimiz budur: sakit olun, yaxşı işlərinizi davam etdirin və Ukraynanın yanında olun".
Qeyd edək ki, daha əvvəl “Reuters” agentliyi Rusiyanın Kalininqrad vilayətini təcrid etmək cəhdi halında nüvə silahından istifadə etməyə hazır olduğunu bildirən NATO-ya diplomatik nota göndərdiyi xəbərini yayıb.
Rutte bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Alyans Moskvanın diplomatik notasına "qısa və lakonik" nota ilə cavab verib. Orada bildirilib ki, NATO-nun Rusiyaya qarşı heç bir aqressiv planı yoxdur.