“Hər 10 əməliyyatdan 9-u nağdsız formada həyata keçirilir və bu böyük uğurdur”
2024-cü il ərzində ölkəmizdə fəaliyyət göstərən bankların emissiya etdiyi ödəniş kartları vasitəsilə dövriyyənin ümumi həcmi 126 milyard manatdan çox olub. Bu 2023-cü illə müqayisədə 27 faiz illik artım deməkdir.
AYNA.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov deyib.
Qeyd edib ki, 2025-ci ilin aprel ayına aid məlumatlara əsasən, ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aylıq həcmi 10 milyard manata yaxınlaşıb.
Onun sözlərinə görə, eyni zamanda, cari ilin ilk 4 ayı ərzində ölkədaxili ödəniş kartları ilə həyata keçirilmiş nağdsız ödənişlərin həcmi 67 faiz, sayı isə 91 faizdən artıq olub: “Bu isə o deməkdir ki, ödəniş kartları ilə ölkədaxili edilən hər 10 əməliyyatdan 9-u nağdsız formada həyata keçirilir və bu böyük uğurdur”.