Myanmada 200-dən çox etirazçı öldürülüb - <font color=red> BMT</font>

Dünya

20.03.2021 - 09:53

Həkimlər Klinikalar SEO Xidməti

Qurbanların arasında azı 15 uşaq var

 

Myanmada fevralın 1-dən etibarən etirazların dağıdılması zamanı azı 211 nəfər öldürülüb.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar koordinatoru Endrü Kirkvud brifinqdə bildirib.

 

“Sərəncamımıza daxil olan məlumata görə, son yeddi həftə ərzində azı 211 nəfər qətlə yetirilib”, - Kirkvud deyib.

 

Onun sözlərinə görə, qurbanların sayı arta bilər. Kirkvud əlavə edib ki, qurbanların arasında azı 15 uşaq var.

 

O deyib ki, BMT-nin məlumatına görə, ölkədəki hərbi çevrilişə qarşı etiraz aksiyalarında azı 2,4 min nəfər saxlanılıb.

 

Təşkilatın nümayəndəsi qeyd edib ki, onların bir çoxu haqqında heç bir məlumat yoxdur, saxlanılan şəxslərin bir qismi seksual zorakılığa məruz qalıb.

 

Xatırladaq ki, fevralın 1-də Myanma ordusu birillik fövqəladə vəziyyət elan edərək Prezident Vin Myin və dövlət müşaviri Aun San Su Çjin başda olmaqla, ölkə rəhbərliyini vəzifədən kənarlaşdırıb. Onlar bunu 2020-ci ilin noyabrında keçirilmiş seçkilərdə irimiqyaslı saxtakarlıqlarla izah ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş