Suriya ordusunun hədəfləri artilleriya atəşinə tutulub
Suriyada Bəşər Əsədə müxalif qüvvələr İdlib şəhərinin cənubunda əməliyyata başlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, silahlılar şəhərin Neyrab kəndinə giriblər və kənddə şiddətli qarşıdurmalar başlayıb.
Məlumatlara görə, Suriya ordusunun ələ keçirdiyi yaşayış məntəqələrini geri almağa çalışan müxaliflər ilkin hücumlarda müvəffəqiyyət qazana biliblər.
Qarşıdurmalar davam edərkən, Suriya ordusunun hədəfləri müxalif qüvvələr tərəfindən artilleriya atəşinə tutulub.