Müsavat Partiyasının qərərgahından 2 ədəd kondisioner oğurlanıb

Hadisə

19.08.2020 - 13:12

Arif Hacılı: “Ötən gecə dəmir barmaqlıqları kəsib şüşələri sındıraraq...”

 

Müsavat Partiyasının qərargahından oğurluq olub. AYNA xəbər verir ki, bu barədə partiyanın başqanı Arif Hacılı bildirib.

 

Hacılı deyib ki, ötən gecə dəmir barmaqlıqları kəsib şüşələri sındıraraq partiyanın qərargahına daxil olan naməlum şəxs və şəxslər oradan 2 ədəd kondisioner oğurlayıblar.

 

“Hadisə ilə bağlı polisə məlumat verilib. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır”, - deyə Müsavat başqanı qeyd edib.

Müəllif: Ayna.az