Dmitri Peskov: "Dünən Tramp özü yeni ideyalardan danışılmadığını dedi: bu, ABŞ Prezidentinin bəyanatı idi"
“Ukraynadakı münaqişənin həlli üçün yeni təşəbbüslər barədə hələlik müzakirələr aparılmır”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın sözlərini xatırladaraq deyib.
"Dünən Tramp özü yeni ideyalardan danışılmadığını dedi: bu, ABŞ Prezidentinin bəyanatı idi", - deyə Peskov jurnalistlərə bildirib.
Bu gün ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov və Dopnald Trampın kürəkəni Cared Kuşner Prezident Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəliblər. Donald Trampın sözlərinə görə, onun nümayəndələrinin təklifi yeni deyil və atəşkəslə bağlıdır.
Qeyd edək ki, Rusiya və Ukrayna ABŞ Prezidentinin xüsusi nümayəndələrindən ibarət Amerika nümayəndə heyətinin bölgəyə səfəri ilə əlaqədar olaraq iki ölkənin paytaxtlarında qısamüddətli atəşkəs barədə razılığa gəlinib. Bu atəşkəs 5-8 sentyabr tarixləri arasında qüvvədə olacaq.
"Rusiya Prezidenti Vladimir Putin bu gün gecə yarısından başlayaraq üç gün ərzində Kiyevə hücum etməməyi əmr edib", - deyə Peskov qeyd edib.