Ermənistan tərəfindən saxta “Twitter” hesabı açılıb
Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta “Twitter” hesabı açılıb. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb
“Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq.
Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabı bu linkdədir.