Müdafiə Nazirliyi: “Düşmənin növbəti hərbi kolonu məhv edilib”

Siyasət

07.11.2020 - 22:08

Həkimlər Klinikalar SEO Xidməti

Ordumuz düşmənə sarsıdıcı zərbə endirməkdə davam edir 

 

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 4-cü motoatıcı alayının növbəti hərbi kolonu məhv edilib. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, düşmənin 30 nəfərədək hərbi qulluqçusu yaralanıb və kolonda olan hərbi texnika yanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş