Elmar Məmmədyarov yunanıstanlı həmkarı ilə görüşüb

Siyasət

28.09.2019 - 06:23

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT BA-nın 74-cü sessiyası çərçivəsində Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias ilə görüşüb

XİN-dən AYNA-ya verilən məlumata görə,Görüşdə öncə Nazir Elmar Məmmədyarov yeni Hökumətin seçilməsi münasibətilə yunan həmkarını təbrik edib.

O, nazir N.Dendiasa Azərbaycan Respublikasının Yunanıstan Respublikasına yeni səfirinin təyin olunduğu barədə məlumat verib.

Görüşdə nazirlər Azərbaycan və Yunanıstan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar. Tərəflər arasında, xüsusilə qeyri-neft sektoru və turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi müzakirə edilib.

Bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və infrastruktur layihələri, xüsusilə də Avropanın enerji siyasətinin mühüm komponenti olan Cənubi Qaz Dəhlizi üzrə fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Yunanıstan Xarici İşlər nazirini Azərbaycana səfər etməyə dəvət edib.

Müəllif: Ayna.az