Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Xəbərlər

25.07.2021 - 14:28

Zakir Həsənov: “Xəbər məni dərindən kədərləndirdi”

 

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, başsağlığında belə deyilir: “Fərat Qalxanı” antiterror əməliyyatının aparıldığı bölgədə qardaş Türkiyə Silahlı Qüvvələrinə qarşı edilmiş xain terror hücumu nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının həlak olması və yaralanması xəbəri məni dərindən kədərləndirdi.

 

Həlak olanlara uca Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyirik. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

 

Allah rəhmət eləsin”.

Müəllif: Ayna.az