Moskvada son sutka ərzində daha 71 nəfər koronavirusdan ölüb

Dünya

02.06.2020 - 01:34

Rusiyada koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində daha 71 nəfər koronavirusdan ölüb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.

 

Qeyd edilir ki, xəstələrin hamısına pnevmaniya diqanozu qoyulub və koronavirus analizlərinin nəticəsi müsbət olub.

 

Bununla da paytaxtda pandemiya qurbanlarının sayı 2 624 nəfərə çatıb. 

 

Rusiyada koronavirusa yoluxanların ümumi sayı 414 878 nəfərə çatıb. Ölkədə 175 mindən çox pasiyent sağalıb.

Müəllif: Ayna.az