Paytaxtda ümumilikdə 497 mindən çox insan koronavirusa yoluxub
Moskvada son sutka ərzində daha 69 nəfər koronavirusdan dünyasını dəyişib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 7 712-yə çatıb.
Moskvada ümumilikdə 497 mindən çox insan koronavirusa yoluxub, 358 mindən çox pasiyent xəstəliyə qalib gəlib.