Koronavirus can almaqda davam edir
Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 16 nəfər ölüb.
AYNA xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 16 xəstə dünyasını dəyişib".
Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 100 nəfərə çatıb.