Moskvada COVID-19 daha 17 nəfərin həyatına son qoyub

Dünya

21.07.2020 - 06:53

Rusiyada koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Moskvada sutka ərzində daha 17 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 331 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 777 486, ölənlərin sayı isə 12 427 nəfərdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş