Koronavirusdan ölənlərin sayı artmaqda davam edir
Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan ölənlərin sayı 5 min nəfəri ötüb.
AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 13 xəstə dünyasını dəyişib".
Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 006 nəfərə çatıb.