Moskvada COVID-19 daha 12 nəfərin həyatına son qoyub

Dünya

09.09.2020 - 03:29

Rusiyada 1 milyondan çox yoluxma faktı aşkarlanıb

 

Moskvada son sutka ərzində daha 12 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 933-ə çatıb.

 

Qeyd edək ki, Rusiyada 1 milyondan çox yoluxma faktı aşkarlanıb, 850 mindən çox insan Covid-19-a qalib gəlib.

Müəllif: Ayna.az