Moldova Prezidentindən parlamentə seçkilərlə bağlı müraciət

Dünya

11.05.2020 - 13:20

Dodon prezident seçkilərinin noyabrın 1-də keçirilməsini təklif edir

 

Moldovada prezident seçkiləri bu il noyabrın 1-də baş tuta bilər. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Moldova Prezidenti İqor Dodon xəbər verib.

 

Prezident ölkədə növbəti prezident seçkilərinin noyabrın 1-də keçirilməsi üçün parlamentə müraciət edəcəyini açıqlayıb. Dodon qeyd edib ki, qanunvericiliyə görə, Moldovada prezident seçkiləri oktyabrın 23-ü və noyabrın 23-ü aralığında keçirilə bilər.

 

“Ona görə də təklif edirəm ki, parlament növbəti sessiyasında prezident seçkilərinin noyabrın 1-də keçirilməsi məsələsini müzakirəyə çıxarsın” – deyə, Dodon vurğulayıb. 

Müəllif: Ayna.az