Moldova da “Rus Evi”ni bağlayıb

Dünya

13.02.2025 - 22:08

Həkimlər Klinikalar SEO Xidməti

Moldova ilə Rusiya arasındakı hökumətlərarası saziş birtərəfli qaydada ləğv edilib

Moldova Xarici İşlər Nazirliyi (XİN) Rusiya ilə 1998-ci ildə imzalanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında hökumətlərarası sazişin birtərəfli qaydada ləğv edildiyini açıqlayıb.

AYNA “Rupor.md”yə istinadən xəbər verir ki, bu qərar Rusiyanın pilotsuz təyyarələrinin ölkənin hava məkanının növbəti kobud şəkildə pozulmasına cavab olaraq qəbul edilib.

XİN kəskin etirazını bildirərək və Moldova ərazisinə düşən dronların qalıqlarını təqdim edərək Rusiyanın Kişinyovdakı səfirini təcili olaraq çağırıb. Rusiyalı diplomata bildirilib ki, bu cür hərəkətlər milli təhlükəsizliyə ciddi təhdiddir və Moskvanın növbəti qeyri-dost addımıdır.

“Bütün hüquqi prosedurlar başa çatdıqdan sonra Kişinyovdakı Rus Mədəniyyət Mərkəzi fəaliyyətini dayandıracaq. Bu, Rusiya Federasiyasının Moldovanın suverenliyinə və ərazi bütövlüyünə sistematik şəkildə məhəl qoymamasının birbaşa nəticəsidir”, - nazirlikdən qeyd olunub.

XİN həmçinin bir daha Rusiyadan Moldova hava məkanının hər hansı pozuntusunu dərhal dayandırmağı və ölkənin müstəqilliyinə hörmət etməyi tələb edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıdakı “Rus Evi” də fəaliyyətini dayandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş