MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

Siyasət

27.10.2020 - 21:43

Müdafiə Nazirliyi məlumat yayıb 

 

Xocavənd və Laçın ərazilərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

 

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, əksinə, oktyabrın 27-si saat 16:00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə rayonu ərazisini “Smerç” yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub.

 

Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb.

 

Azərbaycan Ordusu bütün cəbhə boyu humanitar atəşkəs rejiminə əməl edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş