Qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edilib.
Hacıqabul sənaye məhəlləsində "GAZel-NEXT" və "GAZon NEXT" kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsi məmnuniyyətlə vurğulanıb.
Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.