Sahib Rzayev Xidmətin rəisi təyin olunub
Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib.
AYNA.AZ xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi təyin edilib.

Qeyd edək ki, Sahib Cəlil oğlu Rzayev 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisasını bitirib.
2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2008-ci ilədək Fövqəladə Hallar Nazirliyində baş müstəntiq, 2008-ci ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində Əməliyyat-istintaq idarəsinin İstintaq şöbəsinin rəisi, Əməliyyat-istintaq idarəsinin rəisi və Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik baş idarəsinin rəisi vəzifələrində çalışıb. 2025-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini olub.
2025-ci ilin iyul ayından son təyinata qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsində işləyib.