Seçimlərdə müvafiq fənlər üzrə 30 və daha yüksək bal toplamış şəxslər iştirak edə bilərlər
2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsi bu gün saat 12:00-da başlayacaq.
Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, vakansiya seçimi Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə həyata keçiriləcək. Seçimlərdə müvafiq fənlər üzrə 30 və daha yüksək bal toplamış şəxslər iştirak edə bilərlər.
Namizədlər 14 avqust saat 11:59-dək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.
Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.