Minskdə məcburi eniş edən təyyarə barədə yeni məlumat var

Dünya

24.05.2021 - 09:42

Həkimlər Klinikalar SEO Xidməti

Təyyarənin pilotu ilə hava limanının dispetçeri arasındakı danışıqların səs yazısı yayılıb

 

Sosial şəbəkələrdə “Ryanair” təyyarəsinin pilotu ilə Minsk hava limanının dispetçeri arasındakı danışıqların səs yazısı yayılıb. AYNA xarici mediaya istinadən bildirir ki, təcili tezliyə keçid tələbinin ingilis dilində eşidildiyi səs yazısı meydana çıxıb.

 

Səs yazısında dispetçer hava limanının təhlükəsizliyinə təhdid dolu bir məktub gəldiyini bildirir.

 

Bundan əvvəl aviaşirkət Belarusdan olan dispetçerlərin uçuş göyərtəsindəki terror təhlükəsi barədə məlumat verdiyini, bundan sonra təyyarənin Minsk hava limanına yönləndirildiyi qeyd olunurdu.

 

Xatırladaq ki, mayın 23-də Afina-Vilnüs marşrutu ilə hərəkət edən “Ryanair”in təyyarəsi bomba xəbərdarlığından sonra Minskə təcili eniş edib. Hava gəmisində olan “Nexta”  “Telegram” kanalının yaradıcısı, jurnalist Roman Protaseviç Minsk hava limanında həbs olunub. Avropa Komissiyasının (EC) rəhbəri Ursula von der Leyen hadisəni qəbuledilməz adlandırıb. Litva Prezidenti Gitanas Nauseda Protaseviçin sərbəst buraxılmasını tələb edib və NATO və AB müttəfiqlərini Belarus rejiminin beynəlxalq mülki aviasiya təhlükəsinə dərhal cavab verməyə çağırış etməyə səsləyib.

 

Qeyd edək ki, sözügedən jurnalist ötən il Belarusda keçirilən president seçkilərindən sonar baş verən mitinqlərlə bağlı dünyaya xəbərlər çatdırıb. Güman olunur ki, təyyarənin təcili enişi jurnalistin həbsinə hesablanmış gedişdir.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş