Mingəçevirdə kanalda batan yeniyetmənin axtarışları aparılır

Xəbərlər

05.08.2026 - 23:12

Mingəçevir şəhərində, Qarabağ suvarma kanalında 1 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən AYNA.AZ-a  verilən xəbərə görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş