Mingəçevirdə evdə yanğın olub

Xəbərlər

18.01.2026 - 17:41

Yanğın zamanı xəsarət alan şəxs xəstəxanada ölüb

Mingəçevirdə fərdi yaşayış evində yanğın olub, yanıq xəsarətləri alan şəxs xəstəxanada ölüb.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, yanvarın 16-da Mingəçevir şəhərində 54 yaşlı İlqar Rüstəmova məxsus fərdi yaşayış evində yanğın baş verib.

Hadisə zamanı yanıq xəsarəti alan İlqar Rüstəmov yanvarın 17-də xəstəxanada ölüb.

Qeyd edək ki, yanğının elektrik qızdırıcısının aşması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş