Mingəçevirdə elektrik stansiyaları normal rejimdə fəaliyyət göstərir

Xəbərlər

11.10.2020 - 19:01

“Baş verə biləcək regional fəlakətin qarşısı alınmış oldu”

 

Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılaşmasına məhəl qoymayaraq Mingəçevirdə elektrik stansiyalarını hədəfə alan hücumları regionda enerji və ekoloji təhlükəsizliyə qarşı yönəlmiş növbəti cinayət hadisədir.

 

Energetika Nazirliyindən AYNA-ya verilən məlumata görə, raketlərin Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi ilə baş verə biləcək regional fəlakətin qarşısı alınmış oldu.

 

“Mingəçevirdə yerləşən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası “Azərbaycan” İES və Mingəçevir SES hazırda normal rejimdə fəaliyyətini davam etdirir”, - deyə məlumatda qeyd edilib.

Müəllif: Ayna.az