Millimiz qələbəni son dəqiqələrdə əldən verib

İdman

05.09.2021 - 00:48

Həkimlər Klinikalar SEO Xidməti

Qarşılaşma 1:1 hesabıyla başa çatıb

 

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində V tura start verilib. AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, Azərbaycan millisi də A qrupunda 4-cü matçına çıxıb.

 

Yığmamız səfərdə İrlandiya yığması ilə qarşılaşıb. Dublində keçirilən matçda hesabı millimiz açıb. İlk hissənin son dəqiqəsində Emin Mahmudov fərqlənib. İkinci hissədə təzyiqi artıran meydanb sahibləri matçın 87-ci dəqiqəsində hesabı bərabərləşdirib - 1:1. Oyun bu hesabla da başa çatıb.

 

Qeyd edək ki, Canni de Byazinin yetirmələri keçirdiyi 4 oyundan sonra 1 xalla qrupda sonuncu pillədə qərarlaşıb.

 

DÇ-2022-nin seçmə mərhələsi
V tur, A qrupu
4 sentyabr

20:00. İrlandiya – Azərbaycan - 1:1

 

Qol: Şeyn Daffi, 87 - Emin Mahmudov, 45+1

 

Baş hakim: Cerom Brisar (Fransa)
Dublin. “Aviva” stadionu

 

İrlandiya: 1. Qavin Bazunu, 2. Şeymus Koulman, 4. Şeyn Daffi, 5. Con Eqan, 6. Josh Cullen 7. Mett Doerti, 11. James Mclean, 17. Jayson Molumby, 21. Aaron Connoly, 10. Troy Parrot, 9. Adam İdah

 

Ehtiyat oyunçular: 16. Kuivin Kelleher, 23. Ceyms Talbot, 3. Rayan Manninq, 8. Konor Hurihan, 12. Kallum Robinson, 13. Ceff Hendrik, 14. Alan Braun, 15. Daril Horqan, 18. Cemi Makqrat, 19. Ceyms Kollins, 20. Ronan Kurtis, 22. Andryu Omobamidele

 

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev,  18. Anton Krivostsyuk, 4. Höccət Haqverdi,  14. Elvin Bədəlov, 5. Maksim Medvedev, 17. Toral Bayramov,2. Qara Qarayev,  8. Emin Mahmudov, 20. Filip Ozobiç, 7. Namik Ələskərov,  10. Mahir Emreli,

 

Ehtiyat oyunçular: 12. Mehti Cənnətov, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Rüfət Əhmədzadə, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bəhlul Mustafazadə, 16. Anatoli Nuriyev, 19. Təmkin Xəlilzadə, 21. İsmayıl İbrahimli 22. Rəhim Sadıxov

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş