Milli Qəhrəman adı alanlara Prezidentin aylıq təqaüdü təyin edilib

Xəbərlər

10.12.2020 - 12:11

Təqaüd proaktiv xidmət olaraq elektron qaydada, avtomatik təyin olunur

 

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və ehtiyatda olan baş çavuş İbad Hüseynov üçün Prezidentin aylıq təqaüdü təyin edilib.  AYNA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, digər sosial təminat növləri kimi, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslər üçün Prezidentin aylıq təqaüdünün təyinatı da bu təqaüdə hüquq yaranan anda proaktiv xidmət olaraq elektron qaydada, avtomatik təyin olunur.

 

Bunun üçün vətəndaşın və ya ailə üzvlərinin müraciətinə və hər hansı sənəd təqdim etməsinə də ehtiyac qalmır.

 

Aylıq təqaüd (1500 manat) Milli Qəhrəmanın özünə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanın isə ailə üzvlərinə təyin olunaraq ödənilir.

Müəllif: Ayna.az