Milli Məclisin sədri türkiyəli həmkarına başsağlığı verib

Xəbərlər

13.08.2021 - 22:33

Həkimlər Klinikalar SEO Xidməti

Sel fəlakəti xeyli sayda insanın həyatına son qoyub 

 

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa məktub ünvanlayıb.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, parlamentin sədri Türkiyənin Kastamonu, Sinop və Bartın bölgələrində sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılardan kədərləndiyini bildirib, qardaş Türkiyə xalqına, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan Milli Məclisi adından başsağlığı verib, xəsarət alanlara Allahdan şəfa diləklərini ifadə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş