İclasın gündəliyində 2 məsələ müzakirə olunacaq
Milli Məclisin martın 16-da keçiriləcək növbəti plenar iclasının gündəliyində dəyişiklik edilib. Parlamentdən AYNA-ya bildirilib ki, plenar iclasın gündəliyində 2 məsələ müzakirə olunacaq.
İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək.
Milli Məclisin üzvləri həm də Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında məsələyə baxacaqlar.