Milli Məclisdə Vəng kəndinin Çinarlı adlandırılması təsdiqlənib

Xəbərlər

27.10.2020 - 11:48

Layihə Prezidentin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərilib

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

 

AYNA-nın məlumatına görə, qanun layihəsi barədə Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. S.Novruzov vurğulayıb ki, layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Müəllif: Ayna.az