Milli Məclis yeni cərimələr müəyyənləşdirdi

Cəmiyyət

17.03.2020 - 14:26

Bəzi hallarda bir ayadək müddətə həbs cəzası da nəzərdə tutulur

 

Azərbaycanda gigiyena və karantin rejimlərini pozan şəxslər cərimələnəcəklər. AYNA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bu barədə qərar qəbul olunub.

 

Belə ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik məsələsi müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən, anitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatdək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatək məbləğdə cərimə ediləcəklər.

 

Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur.

 

Hüquqi şəxslər 2000 manatdan 5000 manatdək cərimə ediləcəklər.

 

Dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif: Ayna.az