Millət vəkili: “Rayonlarda ginekoloqlar yoxdur”

Cəmiyyət

10.09.2020 - 13:49

Məşhur Məmmədov: “Təklif edirəm ki, Tibb Universitetində təhsil pulsuz olsun”

 

“Rayonlarda həkimlər yoxdur. Kəndlərdə həkim kadrlara ciddi ehtiyac var”. AYNA xəbər verir ki, bunu deputat Məşhur Məmmədov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

 

Millət vəkili qeyd edib ki, kəndlərdə demək olar ki, həkimlərin çoxu 60 yaşını keçib: “İndi onların yerinə gələcək kadr yoxdur. Bu gün rayonlarda demək olar ki, ginekoloqlar yoxdur. Təklif edirəm ki, Tibb Universitetində təhsil pulsuz olsun ki, tələbələr bitirdikdən sonra rayonlara geri qayıdıb işləsin”.

Müəllif: Ayna.az