Zaur Hüseynov: “Köhnə vaqonlarda kondisioner olmasa da, ventilyasiya sistemi var”
“Hazırda Bakı metrosunun nəzdində 280 vaqon var və onlardan 55-i təzə, digərləri köhnədir. Köhnə vaqonlara isə müasir kondisioner sistemləri quraşdırmaq mümkün deyil”.
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov deyib. O bildirib ki, məsələnin həlli üçün istehsalçı razılaşdırmaq lazımdır.
“Lakin bununla bağlı qəti rədd cavab almışıq. Odur ki, köhnə vaqonlar yenə də kondisionersiz işləyəcək. Lakin köhnə vaqonlarda kondisioner olmasa da, ventilyasiya sistemi var və bu sistemi işlək vəziyyətə gətirmişik. Düşünürəm ki, bunun müəyyən qədər təsirləri olacaq”, - deyə Hüseynov əlavə edib.