Merkel münaqişə tərəflərini “Liviya sammiti”nə dəvət edib

Dünya

15.01.2020 - 06:33

Həkimlər Klinikalar SEO Xidməti

Yanvarın 19-da Berlində Liviya konfransı keçiriləcək 

 

Almaniya kansleri Angela Merkel Liviya Milli Barışıq Hökumətinin rəhbəri Fərəc əl-Qətrani və Liviya Milli Ordusunun generalı Həftarı yanvarın 19-da Berlində keçiriləcək Liviya Konfransına dəvət edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, konfransda Türkiyə, ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə, İtaliya və digər ölkə nümayəndələrinin iştirak edəcəyi bildirilib.

 

Türkiyə Prezident Adminstrasiyasından verilən məlumata görə, Ərdoğan və Merkel arasında mövzu ilə əlaqədar olaraq görüş baş tutub və Liviyadakı məsələlər, regional mövzular müzakirə edilib.

 

Bundan əlavə, Almaniya Kanslerinin Rusiya Prezidenti Vladimir Putinlə də əlaqə saxladığı bildirilib. Kreml Sarayından verilən açıqlamada, Berlin Konfransı hazırlığının müzakirə edildiyi, Putinin Merkelə Moskvada baş tutan danışıqlar haqqında məlumat verdiyi ifadə edilib.

 

Qeyd edək ki, bu günə qədər ABŞ, Rusiya, Fransa, İngiltərə, Çin, Almaniya, Türkiyə, İtaliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Əl-Cəzairin konfransda iştirak edəcəyi bildirilib. 

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş