Meksika Prezidentinin təyyarəsi lotereya oyununa çıxarılır

Dünya

21.01.2020 - 02:37

Həkimlər Klinikalar SEO Xidməti

Prezident təyyarəsi lotereya oyununa çıxarılır

 

Meksika dövlət rəhbəri bəyan edib ki, artıq prezident təyyarəsindən istifadə etməyəcək. AYNA xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumatda deyilir ki, Meksika Prezidenti yerli reyslərdən istifadə edəcək, xarici səfərləri hələlik nəzərdə tutulmayıb. Bu səbəbdən hökumət təyyarənin satışa çıxarılmasını, kirayəyə verilməlisini və ya lotereya oyununa çıxarılmasını istəyib.

 

Təyyarəyə çoxlu alıcı çıxsa da, onun qiyməti yüksək olduğundan hələlik satılmayıb. 130 milyon dollara təklif edilən "Boeing 787" hazırda ABŞ-dadır.

 

Meksika höküməti təyyarənin uduş kampaniyası üçün bir neçə milyonluq lotereya bileti satışa çıxarmağı planlaşdırır.

 

Əgər lotereya baş tutsa, əldə olunan gəlir ölkənin tibbi xidmətinin yaxşıladırılması üçün alınacaq avadanlıqlara sərf olunacaq. 

 

Qeyd olunur ki, "Boeing 787" keçmiş Meksika höküməti tərəfindən 218 milyon dollara alınıb.

Müəllif: Raminə Eyvazqızı

Pin up casino Pin-up casino giriş