Meksika da Lopezin ölümünə görə qarışdı

Dünya

05.06.2020 - 16:42

Maska taxmadığı səbəbindən Covanninin öldürülüldüyü iddia olunur

 

ABŞ-da qaradərili Corc Floydun öldürülməsindən sonra polis şiddətinə qarşı dünyada etirazlar yayılmaqdadır. AYNA xarici mediaya istinadən xəbər verir ki, Meksikanın Jalisko əyalətində maska taxmadığına görə tutularaq döyülən və daha sonra ölən 30 yaşlı Covanni Lopez üçün yüzlərlə insan küçələrə çıxaraq polis şiddətinə etiraz səsini ucaldıb.

 

Məlumatda bildirilir ki, Lopezin ölüm səbəbi kimi şiddətli beyin travması olaraq açıqlanıb. Qardaşı da Lopezin bədənində işgəncə izləri, ayağında güllə yarası olduğunu bildirib.

 

Qeyd edək ki, vətəndaşlar tərəfindən çəkilən hadisə anı “Twitter”də sürətlə yayılıb. “JusticiaParaGiovanni" (Covanni Üçün Ədalət) həştəqi ilə polis zorakılığına qarşı etirazlar davam edir. Polis əməkdaşları ilə bağlı istintaq başaldılıb. 

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar