Mehriban Əliyeva Azərbaycanın bütün hərbi qulluqçularını və veteranları təbrik edib

Siyasət

26.06.2020 - 02:38

Azərbaycan Ordusunun yaradılmasından 102 il ötür

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Silahlı Qüvvələr günü münasibətilə özünün "Instagram" səhifəsində paylaşım edib.

 

AYNA xəbər verir ki, paylaşımda deyilir:

 

"Ölkəmizin bütün hərbi qulluqçularını və veteranlarını təbrik edirəm! Hər kəsə möhkəm cansağlığı, Vətənimizə - sülh və əmin-amanlıq arzulayıram!"

Müəllif: Ayna.az