RƏSMİ"/>

"Məhbusların koronavirusa yoluxması barədə xəbərlər əsassızdır" - <font color=red> RƏSMİ</font>

Xəbərlər

26.03.2020 - 02:28

Həkimlər Klinikalar SEO Xidməti

"Koronavirusla bağlı hər hansı bir, hətta ehtimal olunan belə bir hal baş verməyib"

 

Penitensiar Xidmət penitensiar müəssisələrdə məhbusların koronavirusa yoluxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

 

AYNA xəbər verir ki, Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Report”un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

"Bu, tamamilə yalan məlumatlardır. Penitensiar müəssisələrdə əvvəllər də bildirdiyimiz kimi, kompleks profilaktik-maarifləndirici tədbirlər həyata keçiririk. Bir sözlə, biz müəsissələrdə bütün tədbirləri davam etdiririk. Koronavirusla bağlı hər hansı bir, hətta ehtimal olunan belə bir hal baş verməyib. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində, son günlər ərzində ümumiyyətlə həkimlərə müraciət halları demək olar ki, minumuma endirilib. Yəni bütün bu məsələlər tam ciddi nəzarət altındadır. Hətta bizim hər bir əməkdaşımız xidmətə çıxanda nəzarət buraxılış məntəqəsində yoxlanılır. Onlar işə qoruyucu maskalarla gəlirlər, hərarətləri ölçülür. Bütün lazımi tədbirlər həyata keçirilir və belə də davam etdirilir. Çox şükürlər olsun ki, bununla bağlı hər hansı ciddi problemimiz yoxdur", - deyə M.Sadıqov qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş