Maya Sandu Moldovanın yeni lideri oldu

Dünya

16.11.2020 - 08:54

Həkimlər Klinikalar SEO Xidməti

Prezident seçkilərinin ikinci turunun nəticələri bilinib

 

Moldovanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələrini açıqlayıb. AYNA-nın xəbərinə görə, səsvermə bülletenlərinin 99 faizinin nəticələrini bəlli olub.

 

Açıqlanan nəticələrə görə, Moldovanın keçmiş Baş naziri Maya Sandu 56,91 faiz, Moldavanın hazırkı Prezidenti İqor Dodon isə 43,09 faiz səs toplayıb.

 

Məlumatlara görə, Sandunu 910 mindən çox Moldova vətəndaşı dəstəkləyib, Dodona isə 689 mindən çox insan səs verib.

 

Yalnız 20 xarici dairədə səslərin hesablanması qalıb. Ölkə daxilində bütün bülletenlər hesablanıb. Məlumatlara görə, xaricdə səs verən moldovanların da əksəriyyəti Sandunu dəstəkləyiblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş