Masazırda qətl: öldürülən kişinin arvadı tutulub

Hadisə

19.08.2026 - 14:55

48 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib

Masazırda qətl hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, bu gün Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən, arvadı 1983-cü il təvəllüdlü A. Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş