“Masazır” dairəsinə giriş-çıxış bağlanır

Xəbərlər

11.06.2020 - 11:42

cedabet dərman SEO Xidməti

Avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq

 

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri çərçivəsində hazırda “Masazır” dairəsində və dairəyə giriş-çıxış yollarında asfalt-beton örtüyünün yenilənməsi işləri həyata keçirilir.

 

Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.  Aparılan təmir-tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edərək, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş