Marixuana koronavirusa yoluxmanın qarşısını alır?

Dünya

26.05.2020 - 15:10

“Bu fərziyyələrə inanmaq və güvənmək olmaz”

 

“Marixuananın koronavirus infeksiyası riskini azalda biləcəyinə dair hələ bir sübut yoxdur”. AYNA “İnterfaks”a istinadən bildirir ki, bu sözləri Rusiyanın Səhiyyə Nazirliyinin Baş narkoloqu Yevgeni Bryun deyib.

 

Narkoloqun sözlərinə görə, bununla bağlı ciddi araşdırmalar aparılmayıb: “Nəzəri fərziyyələr var ki, bu fərziyyələrə inanmaq və güvənmək olmaz”.

 

Həkim marixuananın koronavirusa qarşı effektivliyi haqqında deyilənləri, virusa qarşı mübarizədə faydalı hesab olunan spirt və sarımsaq ilə müqayisə edib.

 

Qeyd edək ki, Kanadanın “Lethbridge” Universitetinin alimləri marixuananın insanın koronavirus infeksiyasına yoluxmasının qarşısını ala biləcəyini söyləyiblər və bunun sınaqdan keçirildiyini açıqlayıblar.

Müəllif: Ayna.az