MAQATE-nin baş direktoru 24 saat mühafizə olunur

Dünya

27.08.2025 - 18:34

Rafael Qrossinin təhlükəsizliyinə təhdid olduğu iddia edilir

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin təhlükəsizliyinə təhdid olduğu iddia edilir. O 24 saat mühafizə altındadır. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazıb.

MAQATE-nin sözçüsü Fredrik Dahl nəşrə açıqlamasında “biz təsdiq edə bilərik ki, Avstriya “Kobra” qurğusunu təqdim edib, lakin konkret təhlükənin haradan gəldiyini təsdiqləyə bilmirik”.

Qəzet dəqiqləşdirib ki, MAQATE rəhbəri Avstriya kəşfiyyatına “İsrail-İran müharibəsindən sonra qeyri-müəyyən üçüncü şəxs tərəfindən” Qrossiyə təhlükə barədə məlumat daxil olduqdan sonra mühafizəyə götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş