Makron: “Rusiya İranla İsrail arasındakı münaqişədə vasitəçi kimi çıxış edə bilməz”

Dünya

16.06.2025 - 15:51

cedabet dərman SEO Xidməti

“Fransa İranın cavab tədbirləri görəcəyi təqdirdə İsraili müdafiə əməliyyatlarında iştirak edəcək”

“Rusiya İsraillə İran arasında münaqişədə vasitəçi kimi çıxış edə bilməz”. AYNA.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Qrenlandiyaya səfəri zamanı deyib.

ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinin münaqişə tərəfləri arasında vasitəçi ola biləcəyi ilə bağlı fikrini şərh edən Makron deyib ki, "hazırda yüksək intensivlikli münaqişədə iştirak edən və bir neçə ildir ki, BMT Nizamnaməsinə əməl etməmək qərarına gələn Rusiyanın vasitəçi ola biləcəyinə inanmıram".

Fransa Prezidenti həmçinin əlavə edib ki, Fransa İranın “cavab tədbirləri” görəcəyi təqdirdə İsraili “müdafiə əməliyyatlarında” iştirak edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş