Maduro: “Trampın postundan getməsi bizim qələbəmizdir”

Dünya

21.01.2021 - 12:48

Həkimlər Klinikalar SEO Xidməti

“Getdi, getdi, getdi! Onu məğlub etdik”

 

Venesuela Prezidenti Nikolas Maduro Donald Trampın ABŞ Prezidenti postundan getməsini "Venesuelanın qələbəsi" adlandırıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Maduro “Twitter” hesabında paylaşdığı videoda qeyd edib.

 

“Bu gün, 20 yanvar günü Tramp getdi. Getdi, getdi, getdi! Onu məğlub etdik. Bu, Venesuelanın qələbəsidir. Bu, bizim qələbəmizdir”, - deyə Venesuela lideri vurğulayıb.

 

Co Baydenin Prezident olduğu dönəmdə ölkəsinin ABŞ ilə münasibətlərdə yaxşılaşma gözlədiyini deyən Maduro qeyd edib ki, Tramp getsə də, Amerika imperatorluğu yerində qalıb. Venesuela lideri onu da xatırladıb ki, Baydenin beynəlxalq məsələlər üzrə müşaviri Anthoni Blinken Venesuelanın müxalifətçi siyasətçisi Xuan Quaydonu dəstəkləyib: “Bunu unutmaq olmaz”.

 

Qeyd edək ki, vəzifəsinin son günü Tramp Maduro hökumətinə qarşı yeni sanksiyalar tətbiq etmək haqqında sənəd imzalayıb.

 

Xatırladaq ki, Maduro əvvəllər ABŞ-ın qonşu Kolumbiya səlahiyyətlilərinin köməyi ilə Venesuelada çevriliş cəhdinə və sui-qəsdlərə sponsor olduğunu bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş