Macarıstandan 123 Azərbaycan vətəndaşı gətirilib

Xəbərlər

19.03.2020 - 11:04

Bu günə qədər həmin reyslərlə Bakıya 697 nəfər Azərbaycan vətəndaşı gətirilib 

 

Bu gecə "Azərbaycan Hava Yolları" QSC (AZAL) Macarıstanın paytaxtı Budapeştdən Bakıya çarter reysi həyata keçirib. 

 

AYNA AZAL-a istinadən xəbər verir ki, aviareyslə 123 nəfər Azərbaycan vətəndaşı vətənə qayıdıb.

 

Bu, Azərbaycanın Milli aviadaşıyıcısının son günlər Avropadan yerinə yetirdiyi 2-ci çarter reysidir. Bundan əvvəl İtaliyanın paytaxtı Romadan Bakıya 161 nəfər gətirilmişdi. 

 

Həmçinin AZAL ötən gün İstanbul-Bakı istiqaməti üzrə 237 nəfər Azərbaycan vətəndaşının olduğu çarter reysi həyata keçirib. 

 

AZAL, o cümlədən Rusiyanın “Aeroflot” şirkəti əldə etdiyi razılaşma əsasında qonşu ölkənin paytaxtı Moskvadan və Sankt-Peterburq şəhərindən çarter reyslərini davam etdirir. Bu günə qədər həmin reyslərlə Bakıya 697 nəfər Azərbaycan vətəndaşı gətirilib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş